Amerika Avropaya xəyanət edir

QafqazTimes.com Lenta-ya istinadən xəbər verir: Avropa və Amerikada Rusiyanın Ukraynaya hərbi təcavüzü barədə söhbətlər səngimir. Rusiya sanksiyalarla hədələnir. Putin-Bayden söhbətində aydın oldu ki, Rusiyanın da tələbləri var. Moskva NATO-nun Ukraynaya genişlənməsini mümkünsüz sayır.

Ötən həftə Rusiya XİN NATO və Vaşinqtonla razılaşma layihəsini yayıb. Ukraynanın Minsk müzakirəsini bir kənara qoyub, yeni iddialarla çıxış etməsi Moskvanı narazı salır. Kiyev birbaşa Minsk müzakirsinə  zidd addımlar atır. Donbas və Krımın reinteqrasiya qanun layihəsi bir misaldır. Rusiya zəmanət istəyir və bu zəmanət NATO-nun şərqə genişlənməməsidir. Putin qərb ölkələrini Ukrayna və Gürcüstana boş vəd verməkdən çəkinməyə çağırır. İkinci tələb Rusiyaya qonşu ölkələrdə strateji hücum silahlarının yerləşdirilməməsidir. Avropa qorxur ki, Moskva daha sonra Polşa və Pribaltika haqqında tələblər irəli sürə bilər. Avropa istənilən ABŞ-Rusiya razılaşmasını özü üçün təhlükə sayır. Amerikanın Ukrayna uğrunda Rusiya ilə konfliktə getməmək vədi Avropanı qorxuya salıb. ABŞ həmişə öz müttəfiqlərinə xəyanət edib. Bu dəfə növbə Avropanındır.

Related posts

Hərbi komandanlarla görüşdə

Susuz dodaqlar və susuz vicdanlar – video

İsrail rejimi Qəzzə sakinlərinin suyunu tamamilə kəsib