American Airlines 2025-ci ilin aprelinə qədər işğal olunmuş ərazilərə bütün uçuşları ləğv etdi

İsreil Times-in verdiyi məlumata görə, İranın və müqavimət cəbhəsinin Təl-Əvivə mümükün hücumu ilə bağlı artan narahatlıqlar fonunda Amerika Hava Yolları (american airlines) 2025-ci ilin aprel ayına qədər sionist rejimə və oradan olan bütün uçuşlarını ləğv edib.

“Israel Hayom” qəzeti daha əvvəl də bu aviaşirkətin uçuşları ləğv etdiyini, hətta bu şirkət vasitəsilə bilet bron etməyə çalışdığını və buna nail ola bilmədiyini bildirmişdi. İndi isə bu xəbər rəsmən təsdiqlənib.

Qafqaztimes xəbər verir ki, İsmail Həniyə avqustun 10-da sionist rejim tərəfindən qətlə yetirildikdən sonra Vaşinqton və Təl-Əvivin Tehran və müqavimət cəbhəsinin cavab hücumundan qorxusu artıb.

Mümkün hücumla bağlı geniş narahatlıq fonunda bir çox aviaşirkət Təl-Əvivə uçuşları ləğv edib və ya azaldıb. Həmçinin, bir çox ölkə öz vətəndaşlarından işğal olunmuş torpaqları və Livanı dərhal tərk etmələrini xahiş edib.

Mehr

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur