Almaniyalılar sionist rejimi üçün silah embarqosu tələb edir

Almaniyalılar sionist rejimi üçün silah embarqosu tələb edir

Almaniya vətəndaşları sionist rejimə silah embarqolarının tətbiq edilməsini tələb edirlər.

Qafqaztimesin bu gün (3 iyun) xarici medialara istinadən verdiyi məlumata əsasən, Almaniyada aparılan sorğunun nəticələrinə görə alman vətəndaşlarının əksəriyyəti Qəzzə müharibəsində törətdiyi cinayətlərə görə İsrailə silah satışında samksiya qoyulmasını istəyir.

Almaniya dövləti hal-hazırda İsrailə silah təminatının davam edib-etməməsi barədə məsələni araşdırır və öz vətəndaşlarının nəzərinə dəstək olacağını deyir.

Aparılan son sorğunun nəticələrinə görə, əgər İsrailə silah təminatının, xalqın ixtiyarında olsaydı, nəticə kifayət qədər aydın olardı. Çünki sionist rejimin Qəzzədəki cinayətləri səbəbinə almanların 75 %-i bu rejimə silah ixracının dayandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, “Stern” jurnalının sifarişi ilə keçirilən “Forsa” sorğunun nəticəsinə əsasən, iştirakçıların yalnız 14%-i Almaniyadan İsrailə silah ixracının davam etdirilməsinin tərəfdarıdır. 11% sorğu iştirakçısı isə bu məsələyə münasibət bildirməyib

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib