Almaniyadan olan 23 yaşlı tələbə təyyarə ilə eşq yaşayır.
Qadının sözlərinə görə, “Boeing 737” onun ürəyini fəth edib.
Dortmundlu Sara Rodonun dediyinə görə, o, layneri ilk görən zaman anlayıb ki, bu, əsl ona lazım olan bir tərəfdaşdır. “Mən təyyarəmlə o qədər xoşbəxtəm ki, elə bil göyüm yeddinci qatında oluram, ona dəlicəsinə aşiqəm”, – deyə Sara etiraf edib.
Rodonun evində 50 oyuncaq təyyarə var. O, həmin təyyarələrlə birlikdə vaxt keçirir. Alman qadın onu da əlavə edib ki, ən sevimli “Boeing”inə Dikki adını verib.
“Onunla evlənməyi çox istərdim, amma Almaniyada bu qadağandır”, – deyə qadın şikayətlənib.