Almaniyada yeni yol nişanları peyda oldu – FOTO

Almaniyada Münhen və İnqolştadt arasındakı A9 avtomobil yolunda yeni yol nişanları peyda olub.

Onlar sürücülər və piyadalar üçün nəzərdə tutulmayıb, yalnız avtonom nəqliyyat vasitələri üçün bələdçi kimi xidmət edir.

70 sm diametrli dairəvi yol nişanlarında ağ-qara üçbucaqlardan ibarət naxış təsvir edilib. Üçbucaqların üzərində heç bir digər işarə yoxdur.

Yol nişanları sürücüsüz nəqliyyat vasitələrinin yolda daha yaxşı hərəkət etməsinə kömək edəcək. Onların kameraları təsviri oxuyur, sonra naviqasiya serverləri ilə sinxronizasiya edir.

Yeni nişanlardan ümumilikdə 13 ədəd hazırlanacaq.

Almaniya Nəqliyyat Nazirliyi A9 avtomobil yolunun sürücüsüz avtomobillər üçün rəqəmsal sınaq meydançasına çevriləcəyini bildirib. Bu yol nişanları avtonom nəqliyat vasitələrinə öz yerini yüksək dəqiqliklə müəyyən etməyə kömək etməlidir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi