Almaniyada bomba həyəcanı: 15 min sakin təxliyə edildi – FOTO

Almaniyanın Drezden şəhərində 15 min insanın təxliyəsinə səbəb olan İkinci Dünya Müharibəsindən qalmış 250 kiloqramlıq aviabomba zərərsizləşdirilib.

Yalnız bundan sonra insanların öz mənzillərinə qayıtmasına icazə verilib.

Hərbi vasitələrin ləğvi xidmətinin əməkdaşlarının sözlərinə görə, mərmi bu günə qədər təhlükəli olub.

Bombanın ABŞ istehsalı olduğu bildirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi