Almaniya: İsrailə silah göndərmək bizə problemlər yaradıb

Almaniya: İsrailə silah göndərmək bizə problemlər yaradıb

Almaniya XİN başçısı Livana səfəri zamanı İsrail rejiminə silah göndərmələrinin özləri üçün beynəlxalq insan hüquqlarının pozulması zəminində problem yaratdığından söz açıb.

İRNA-nın məlumatına əsasən, Annalena Baerbok bu gün (23 oktyabr) sionist rejimin də Hizbullah hücumları qarşısında özünümüdafiə haqqı olduğunu qeyd edərək  deyib: Amma bu rejimi silahla təmin etməmiz beynəxalq qanunlara əsasən bizi də problemlərlə qarşılaşdırıb.

Baerbok Livan rəsmiləri ilə görüşündə həmçinin İsrail rejimi ilə atəşkəs razılaşmasının imzalanmasını da istəyərək deyib: İsrail hər gün hücumlara məruz qalır. Ona dəstək verməmək dinc insanları qorumamaq mənasındadır. Digər tərəfdənsə Almaniyanın beynəlxalq insan haqları qarşısında məsuliyyəti və humanitar yardımlarla onları müdafiə etmək məcburiyyətindədir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib