Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Alamaniyanın xarici işlər naziri sionist rejimin Suriyanın Cövlan təpələrinin işğalına reaksiya verərək bunun beynəlxalq qanun pozuntusu olduğunu deyib.

İRNA-nın məlumatına əsasən, Annelina Baerbock dünən axşam (18 dekabr) Almaniya parlamentindəki çıxışında deyib: Bəşar Əsəd hakimiyyətinin süqutundan sonra Dəməşq effektiv siyasi müzakirələr edir və bu daxili bir məsələdir. Amma önəmli olan mövzu Suriyanın suverenliyi və qonşuları tərəfindən ərazi bütövlüyünə qoyulan ehtiramdır.

Almaniya XİN başçısı həmçinin İsrailin Cğvlan təpələrində bir neçə kəndi işğal etməsini qeyd edərək deyib: Heç bir ölkənin qonşu ölkənin böhranlı vəziyyətindən sui-istifadə edərək torpaqlarına təcavüz etmə haqqı yoxdur. Biz regionda sülh və əmin -amanlıq istəyirik. Suriyanın ərazi bütövlüyünə də heç bir zərbənin vurulmasına razı deyilik.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib