Almaniya: ABŞ-a güvənmək olmaz!

QafqazTimes.com Ria-ya istinadən xəbər verir: Almaniya etiraf edir ki, müasir dünyada Birləşmiş Ştatlara etibar etmək olmaz. Ötən il dünyada ABŞ-a olan etibar aradan qalxıb, artıq Avropa böhranlar zamanı Amerikanın köməyinə güvənməməlidir. Bu barədə Frankfurter Algemeine Zeitung-in şərhçisi Klaus-Diter Frankenberq yazır. 2021-ci ildə ABŞ-a münasibəti dəyişən iki böyük hadisə baş verib. Kapitoliyə hücum və Amerikanın Əfqanıstandan çıxması. Birinci hadisə göstərdi ki, artıq Ağ Ev ölkə daxilinə nəzarəti itirib. ABŞ Əfqanıstandan çıxmaqla xarici dövlətlərin etimadını əldən çıxardı. Amerikalılar ölkə daxilində problemlərin həllini istəyir, xarici ölkələrdən  əsgər meyitlərinin gətirilməsindən boğaza yığılıb. Həm demokrat, həm də respublikaçı seçicilər Ağ Evi dünya polisi missiyasından imtina etməyə çağırır. Bayden müttəfiqləri əmin etmək istəsə də artıq avropada ABŞ-a güvənən yoxdur.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək