Şeyx Nəim Qasım: “Allah bizə İmam Xomeyni göndərməklə lütf etdi, o, Qüdüs gününə çağırış etdi”
Hizbullahın Baş Katibi Qüdüs Günü ərifəsində dedi: “Sionist rejim mövcudiyyət böhranı ilə üz-üzədir və işğalçılıqla öz mövcudiyyətini qoruyub saxlaya bilməz.”
“ABŞ-nin İsrail vasitəsilə həyata keçirdiyi plan böyük və çox təhlükəlidir. Bu plan Fələstin idealına son qoymaq, Fələstin xalqını köçürtmək, Livanın, Suriyanın, Misirin, İordaniyanın torpaqlarını işğal etmək və Yaxın Şərqi öz istədikləri formada nəzarətə almaqdan ibarətdir.”
“Allah bizə İmam Xomeyni (r.h) göndərməklə lütf etdi, o, Fələstinin azadlığı uğrunda birlik və Qüdüs Gününə çağırış etdi. Həmçinin, İmam Xamenei (sayəsi üzərimizdə davamlı olsun) ilə də bizə mərhəmət etdi, o, düşmənə qarşı müqavimət cəbhəsini dəstəkləyir.”
Qafqaztimes