Aliməqam Rəhbər: Dövrün dəyişməsi ilə prinsiplər dəyişmir

İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullah Xamenei İranda müəllim günü münasibəti ilə bir sıra seçilmiş müəllim və tələbələrlə görüşüblər.

Leader internet portalının məlumatına əsasən, Aliməqam Rəhbər buyurublar: Bəzilərinin firkincə dövrün dəyişməsi dedikdə əsas prinsiplərin dəyişilməsi deməkdir. Amma həqiqətdə ədalət, insaf, xeyirxahlıq kimi əsaslı prinsiplər heç vaxt dəyişməzdir.

Ayətullah Xamenei İranın müxtəlif şəhərlərindən gəlmiş müəllim və ziyalı ilə görüşdə ölkənin hərtərəfli inkişafının çətin mərhələlərindən təhsilin köməyi və rolu olmadan keçməyi qeyri-mümkün hesab edib..

Aliməqam Rəhbər “təhsilin əsaslı transformasiyası sənədi”ni xatırladaraq, səlahiyyətli orqanlara beş tövsiyə edib: İlk öncə ” transformasiya sənədi davamlı olaraq tamamlansın və yenilənsin ” daha sonra, “ transformasiya sənədi daha ciddi şəkildə dəstəklənsin və onun həyata keçirilməsinə köməklik göstərilsin” . Üçüncüsü, ” etibarlı və qənaətbəxş hesab edilən transformasiya sənədinə alternativ ya ona oxşar sənəd hazırlansın. Dördüncüsü, ” transformasiya sənədinin baş idarədən məktəblərə qədər icrasına dair ətraflı plan hazırlansın,  və hökumət və parlament tərəfindən dəstəklənsin. Beşincisi, hazırlanmış planda sənədin icrasının gedişatına daim nəzarət edilməsi məqsədilə təyin edici göstəricilər dəqiqləşdirilsin.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur