İslam İnqilabı Rəhbəri İran Hərbi Hava Qüvvələri və Müdafiə Ordusu komandanları ilə görüşündəki çıxışında xarici mediada geniş əksini tapıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanına bağlı Əl-Ərəbiyyə telekanalı bu gün (7 fevral) Aliməqam Rəhbərin çıxışı barədə xəbər üçün “Ayətullah Xamenei: İranın problemləri heç vaxt Amerika ilə danışıqlar yolu ilə həll olunmayacaq” başlığını seçib.
Kanal həmçinin İnqilab liderinin “Amerikalılar İran xalqının təhlükəsizliyini təhdid edərsə, biz də tərəddüd etmədən onların təhlükəsizliyinə hücum edəcəyik” ifadələrinin bu hissəsini sitat gətirib.
Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandirləri ilə görüşündə Amerika hökuməti ilə heç bir müzakirənin aparılmamasının lazım olduğunu bildirib və deyib ki, danışıqlar aparmaq “ağıllı, ziyalı və şərəfli” deyil.