Akrobat kəndir üzərində Dunay çayını keçdi (Video izlə)

“Cirque du Soleil” (Fransanın məşhur “Günəş Sirki” – red.) ilə birgə əməkdaşlığı sayəsində tanınan macarıstanlı akrobat Laslo Simet Dunay çayını kəndirlə keçən ilk şəxs olub.

Onun “Gəzinti” adlı tamaşası Macarıstan Milli Sirk Sənəti Mərkəzinin ÁTMENTEM layihəsini açılışını edib.

Simet 300 metr uzunluğunda və 22 millimetr qalınlığında olan kəndirlə çayın bir sahilində digərinə keçib. Bu zaman akrobat təhlükəsizlik kəməri olmadan hərəkət edib.

Sənətçi bir neçə həftədir ki, tədbirə hazırlaşdığını və ən çox havadan narahat olduğunu etiraf edib: “Küləyin dirəyi təprədəcəyindən qorxurdum. Dirək özü yüngüldür, lakin ona qoşulan kameralarla birlikdə kifayət qədər çəkiyə malikdir”, – aktobat bildirib.

Onun performansı Danubia Orkestri tərəfindən məşhur macar bəstəkarlarının əsərlərilə müşayət olunub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi