Aİ sionist rejimin Xan Yunusda məktəb hücumlarını pislədi

Aİ sionist rejimin Xan Yunusda məktəb hücumlarını pislədi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi sionist rejimin Xan Yunusda bir məktəb binasını bombardman etməsinə reaksiya verərək deyib: Nə vaxta qədər günahsız fələstinlilər münaqişə bəlalarına dözməlidir?

İRNA-nın məlumatına əsasən, Cozep Borrell bu gün (10 iyul) X sosial media hesabında yazıb: İsrail ordusu Xan Yunusda bir məktəbə sığınmış didərgin fələstinlilərə hücum etdi və onlarla insan həlak oldu. Axı nə vaxta qədər sivil insanlar müharibənin qurbanı olacaq və bu əzablara qatlanacaq?

Cozep Borrel həmçinin beynəlxalq qanunları pozanların cavabdeh olacaqlarını qeyd edərək deyib: Qəzzədə atəşkəs zəruridir. Çünki sivil insanların rahat nəfəs alması lazımdır. Bütün girovlar azad edilməli və humanitar yardımlar dərhal ehtiyaclı insanlara çatdırılmalıdır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir