Aİ: Fələstinlilərin Qəzzədə qalmaq hüququ var

Aİ: Fələstinlilərin Qəzzədə qalmaq hüququ var

Avropa İttifaqı xarici siyasət məsələləri üzrə yetkilisi Qəzzədə yaşamanın fələstinlilərin təbii hüququ olduğunu deyib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Kaca Kallas dünən axşam (14 fevral) Münixdə keçirdiyi mətbuat konfransında deyib: İsrailin tarixi və onun yaranma keçmişini oxusanız, onun təsisçilərinin təhlükəsizliyin ədalətlə birləşdirilməsinin zəruriliyi ilə bağlı razılığa gəldiyini gözəl anlamış olarsınız. Bu isə fələstinlilərin öz vətənlərində yaşamaq hüququ deməkdir və bu haqqa riayət etmək zəruridir. İsraillilər öz təhlükəsizliklərindən nigarandırlar. Amma fələstinlilər də təhlükəsiz bir ölkədə yaşamağa layiqdirlər.

Kaca Kallas daha sonra deyib: Məncə biz bu məsələ ilə bağlı balans yaratmalıyıq. Elə ona görə də Avropa İttifaqı hər iki ölkəyə dəstəkdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib