Ağrıdan qıvrılan şəxsə poliklinika əməkdaşları niyə kömək etməyiblər? – VİDEO

Vətəndaş Abşeronda fəaliyyət göstərən poliklinikadan şikayətçidir.

Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Vətəndaş iddia edib ki, müəssisədə xəstəyə baxacaq həkim yoxdur və xəstənin ağrılar içərisində qalması da qeydiyyat şöbəsində çalışan əməkdaşları narahat etməyib.

Sözügedən videogörüntülərdə baş verənlər barədə ətraflı məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanladıq.

TƏBİB-dən bildirilib ki, valideyn övladı Sevinc Şahməmməd qızı Əmirovaya körpələr evi-uşaq bağçasına təqdim etmək üçün ona “Forma-95” lazım olduğunu bildirib.

Bildirilib ki, formanın təqdim edilməsi üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinin sahə həkimi vətəndaşı öncə talon alması üçün Qeydiyyat bölməsinə yönləndirib:

“Müraciət edən vətəndaş növbə sıxlığı ilə əlaqədar isterik vəziyyət yaradıb. Vəziyyəti ilə bağlı terapevt onu müayinə edib, arterial təzyiq ölçülərkən göstəricilər 120/70, nəbz 75 olub, yəni vital funksiyaları qənaətbəxş olub. İlkin tibbi xidmətlər göstərilən vətəndaş daha sonra sahə həkiminə yaxınlaşıb, “Forma-95″lə təmin olunub”.

Həmin videogörüntüləri təqdim edirik:

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

2 şərhlər

Kontextnaya Reklama Google May 22, 2024 - 7:42 səhər

Потрясающий сайт!!! Неожиданно обнаружил его в Google и испытал удовольствие!
Публикации, которые я пересмотрел здесь,
оказались информативными и очень ценными.
Спасибо большое за такой превосходный, интересный
контент. Я, кстати, тоже создаю статьи на разные темы, но в основном про SEO продвижение и
контекстную рекламу Google https://www.behance.net/seoodessa. Если вам будет интересно, проходите на мой сайт, пообщаемся!

ngentot nungging May 23, 2024 - 8:10 səhər

I have read a few excellent stuff here. Definitely worth bookmarking for revisiting.
I surprise how so much attempt you put to create this type of fantastic informative website.

Add Comment