Ağ Evdən etiraf: Hizbullahın İsrailə hücumu çox geniş idi

Ağ Evdən etiraf: Hizbullahın İsrailə hücumu çox geniş idi

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Hizbullahın İsraildə Ərbəin əməliyyatının geniş miqyaslı olduğunu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Con Kirbi dünən (26 avqust) jurnalistlərə İranın İsrailə qarşı təhdidlərinin azalmadığını iddia edərək deyib: Biz İranın İsrailə hücuma hazırlaşdığını fərz etmək məcburiyyətindəyik.

Con Kirbi sonra Amerikanın Yaxın Şərqə göndərdiyi hərbi texnikaları qorumaq məcburiyyətində olduğunu da qeyd edərək deyib: Hizbullahın “Ərbəin Əməliyyatı” o qədər geniş idi ki, ABŞ rəsmiləri anbaan İsraillə təmasda idi.

Xatırladaq ki, avqustun 25-də Livan Hizbullahı bir bəyanat yayaraq, sionist rejimə yüksək rütbəli komandanı Fuad Şükürün terroruna cavab olaraq düşmənin mövqelərinə 340 katyuşa və PUA-larla hücum edərək işğalçı rejimin hava hücumundan müdafiə sistemlərinin yayınaraq 11 baza və hərbi obyektini, eyni zamanda Təl-Əvivin şimalındakı iki mühüm mövqeyi hədəfə alıblar. 

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu