ABŞ dövlət katibi ötən həftədən etibarən Ukraynanın kaset sursatlarından istifadəyə başladığını deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ Ev təhlükəsizlik şurasının koordinatoru Con Kerbi dünən (20 iyul) bu xəbəri elan edərək deyib: Bu sursatlar ötən həftə Ukrayna müharibə meydanlarında müşahidə edilib və tam diqqətlə və qaydalara uyğun istifadə edilir.
C.Kerbi həmçinin iddia edib: Kaset sursatından istifadə Rusiyanın hücumlarından müdafiədə öz effektini göstərəcək.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden iyulun 7-də Ukrayna Silahlı Qüvvələrinə kaset sursatlarının tədarükünə başlamaq qərarını elan etmişdi. Qərar ABŞ Konqresində tənqidlə qarşılansa da kaset sursatları Ukraynaya göndərilmişdi.