Ağ Ev: Rusiya və Şimali Koreya silah mübadiləsi edir

Ağ Ev rəsmisi Rusiyanın Şimali Koreyaya ərzaq müqabilində hərbi avadanlıq alma təklifi iddiası xəbərləri ilə ilə gündəmə gəlib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ ev rəsmilərindən biri bu barədə faktlarının olduğunu vurğulayıb.

Guardian qəzetinin yazdığına görə milli təhlükəsizlik şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kerbi deyib: Rusiya Şimali Koreyaya verəcəyi ərzaq məhsulları müqabilində 24 çeşid silah alacaq. Biz bu təklifin Rusiyanın nümayəndə heyətinin müzakirələrində baş tutduğunu anlamışıq.

Bir neçə müddət əvvəl Cənubi Koreya Şimali Koreyanın acınacaqlı ərzaq sıxıntısı çəkdiyini elan etmişdi. Şimali Koreya mediaları da bu ilin əvvəlində verilən hesabatlara görə ölkədə əkinçilik və fermer təsərrüfatının daha da aktivləşdirilməsi barədə informasiyalar yayımlamışdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib