Ağ Ev: Qəzzədə atəşkəs mümkündür

Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Qəzzədə atəşkəs rejimi üçün razılıq əldə etməyin mümkün olduğunu iddia edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Con Kirbi dünən (10 may) həftəlik brifinqində deyib: Vaşinqton virtual olsa da belə, İsrail-Həmas tərəfinin razılığa gələcəyinə ümid edir.

Con Kirbi həmçinin Amerikanın İsrailin Rəfəhdəki hərbi əməliyyatlarını nigarançılıqla izlədiyini idda edərək Qəzzə-Misir sərhədindəki Rəfəh keçidindən humanitar yardımların keçməsinə icazə verməsini istəyib.

Qeyd edək ki, İsrail ötən bazar ertəsi günü Həmasın da qəbul etdiyi girov mübadiləsi zəminində atəşkəslə razı olduğunu elan etdikdən sonra Rəfəhdə hərbi əməliyyatlara başlayıb. ABC telekanalının sionist rəsmilərinə istinadən verdiyi məlumata görə isə İsrail-Həmas müzakirələri dalana dirənib. Amma bununla belə, Con Kirbi müxbirlərə “Biz hələ də razılaşmanın mümkün olacağına ümid bəsləyirik” deyir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir