Ağ Ev müsəlman şəhər merinə qapısını bağladı

Fitr bayramı münasibəti ilə Ağ Evdə keçirilən tədbirə dəvət edilən Nyu Cersi ştatından olan bir müsəlmana giriş icazəsi verilməyib.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ Ev Prospekt Park şəhərinin meri Məhəmməd Xeyrullahın girişinə qadağa qoyub.

Məlumatda deyilir: ABŞ prezidenti Co Baayden Fitr bayramı münasibəti ilə tədbir təşkil edərək ştatların şəhər merlərini bu tədbirə dəvət edib. Amma tədbirə gələn Məhəmməd Xeyrullahın Ağ Evə giriş icazəsi ləğv edilib.

Məhəmməd Xeyrullah deyib: Ağ Evin girişində telefonla mənə təhlükəsizlik xidmətindən girişimə qadağa qoyulduğu deyildi və səbəbi isə açıqlanmadığı üçün çox narahat oldum. Məsələ mənim tədbirdə iştirakım deyil. Önəmli olan Ağ Evin məni müsəlman olduğum üçün FBİ-ın “terrorizmə nəzarət” siyahısına salmasıdır.

Nyu Cersi Ştatı müsəlmanlara dəstək və vətəndaş azadlığının qorunması təşkilatının administratoru Səlahəddin Məqsud rəsmi Vaşinqtonun bu rəftarını “qəbuledilməz bir təhqir” adlandırıb.

47 yaşlı Məhəmməd Xeyrullah əvvəllər müəllim vəzifəsində çalışıb və 2006-cı ildən şəhər meridir.

Əvvəllər də ailəsi ilə birlikdə səfərdən qayıdarkən təhlükəsizlik xidmətində saatlarla istintaq edilib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir