Ağ Ev: İsrailin su doldurduğu tunellərdə əsirlər ola bilər

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru İsrailin Qəzzədə Həmas tunellərini dəniz suyu ilə doldurmasına reaksiya olaraq bu tunellərdə sionist əsirlərinin olma ehtimalının olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Con Kirbi jurnalistlərin ona “azad olunmuş əsirlərin dediyinə görə bəzi israilli əsirlərin tunellərdə saxlandığı”  barədə sualın cavabında deyib: Həmasın əsirləri tunellərdə saxlaması heç də nəzərdən uzaq deyil.

ABŞ prezidenti Co Bayden də bundan əvvəl Qəzzə tunellərində  israilli əsirlərin saxlanması məsələsinə toxunaraq Tel Əvivin sivillərə ziyan dəyməməsi barədə xəbərdarlıq etmişdi.

ABŞ mediaları isə sionist rejimin Həmas tunellərini dəniz suyu ilə doldurması barədə xəbər yayımlamışdı.  Məlumata görə bu proses Həmasın infrastrukturlarına ziyan vurmaq məqsədi daşıyır və bir neçə həftə zamana ehtiyacı var.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib