Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü bu gün (15 aprel) ABŞ-ın maraqlarının İranın İsrailə hücumunun daha geniş regional münaqişəyə çevrilməsinin qarşısını almağa yönəldiyindən xəbər verib.
Əl-Aləm telekanalının verdiy məlumata əsasən, Con Kirbi İranın İsrailə qarşı raket hücumlarından sonra deyib: İranın bu misilsiz hücumunu regionda gərginliyin davamı kimi qəbul etməməliyik. CNN-ə müsahibəsində Kirbi əlavə edib: Prezident Bayden gərginliyin azalmasını istəyir.
Kirbi daha sonra qeyd edib: Biz İranın hücumlarının regional müharibəyə çevriləcəyinə inanmırıq.
O, sionist rejimin İranın hücumuna cavab verməməsi ilə bağlı ABŞ-ın razı olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib: Nəticə etibarı ilə bu, İsrail baş naziri Benyamin Netanyahunun kabinetindən asılıdır. Amma ABŞ gərginliyin çoxalmasını istəmir.