Ağ cırtdan bizim üçün təhlükə törədir? – Yeni faktlar

Şimali İrlandiyadakı Arma Rəsədxanası Planetariumunun astronomları bu yaxınlarda Ağ cırtdanın (ulduz) Günəş sisteminə doğru getməsi ilə bağlı iddianı təkzib ediblər.  

Ağ cırtdan WD 0810-353 ilk dəfə 2018-ci ildə gözə görünmüşdü. Daha sonra Rusiya alimləri onun saniyədə təqribən 373,7 kilometr sürətlə hərəkət etdiyini, yəni cismin təxminən 29 min ildən sonra Oort buludundan keçəcəyini və Günəşdən 0,49 işıq ili məsafəsində olacağını aşkar etmişdilər.

Yeni araşdırmada isə alimlər bunu təkzib ediblər. Onlar bildiriblər ki, Ağ cırtdanın yüksək sürəti əslində güclü maqnit sahəsinin olması səbəbindən yaranan illüziyadır. WD 0810-353 emissiya spektrində hidrogenin alfa xəttini öyrənərkən məlum olub ki, xətt cırtdanın anomal güclü maqnit sahəsinin yaratdığı spektrin mavi hissəsinə keçir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi