Afrikalı hakim Təl-Əvivi dəstəklədiyinə görə üzr istədi

QafqazTimes xəbər verir ki, Cənubi Afrika Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri Muxuvinq Muxuvinq ötən il sionist rejimi dəstəklədiyi və ölkəsinin Fələstinlə bağlı siyasətini tənqid edən açıqlamalarına görə üzr istəyib.

Əl-Cəzirə telekanalının veb saytının məlumatına görə, Muxuvinq Təl-Əvivə dəstək bəyanatlarından təxminən bir il sonra dünən verdiyi açıqlamada siyasi mübahisəyə qarışdığı üçün üzr istəyib. O, ötən il Pretoriyanın sionist rejimə qarşı siyasətlərini tənqid edərək ölkənin sionist rejimlə münasibətlərində dəyişiklik edilməsi təklifi ilə çıxış etmişdi.

Keçən il təqaüdə çıxan Cənubi Afrika Konstitusiya Məhkəməsinin hakimi bu açıqlamasında, “Qanuna görə, mən qeyd-şərtsiz üzr istəməyə borcluyam”, deyib.

Keçən il Muxuvinq “Jerusalem Post” qəzetinin keçirdiyi bir görüşdə iddia etmişdi ki, Cənubi Afrika özünü İsrail-Fələstin məsələsində taktiki addımlarını dəyişmək üçün yaranan yaxşı fürsətdən məhrum edib.

Related posts

Əbdülbari Ətvan: Netanyahu Livan raketlərinə təslim oldu

Cənubi Afrika bir daha Fələstin üçün azadlıq tələb edir

Ərəb mediaları: ABŞ elçisi bu gün Riyaza gedir