Aeroportda qorxulu anlar: Fırtınalı külək təyyarəni yerindən oynatdı (Video izlə)

Argentinada tüğyan edən fırtınalı hava paytaxt Buenos-Ayresdə sərnişin təyyarəsini yerindən tərpədib. Sürəti 140 km/saatı keçən güclü qasırğa “Aerolíneas Argentinas” şirkətinin təyyarəsini az qala 90 dərəcə döndərib və nəticədə təyyarə pilləkəni itələyərək yerə salıb.

Bununla bağlı yerli mətbuatda videogörüntülər yayılıb.

Paylaşılan videoda sərnişinlər və yüklə birlikdə çəkisi onlarla ton təşkil edən təyyarəni güclü küləyin necə hərəkət etdirdiyi əks olunub. 

Fırtına səbəbindən Uşuayya, El-Kalafate, Mendosa, San-Karlos-de-Bariloçe, Jujuy və Puerto-İquasu kimi bir çox hava limanında uçuşlar ləğv edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi