Aeroportda ABŞ-a göndərilən bağlamadan insan kəlləsi tapıldı – FOTO

Rusiya paytaxtı Moskvanın Vnukovo hava limanında skanerlə yoxlamalar zamanı bağlamalardan  birinin içində insan kəlləsinin skeleti aşkarlanıb.

Məlum olub ki, bağlama ABŞ-a göndərilirmiş. Lakin gömrük işçiləri bunun qarşısını alıblar.

Hadisə yerinə gələn ekspertlər müəyyən ediblər ki, qalıqlar təxminən 10 il əvvəl dünyasını dəyişmiş insana aiddir.

Bağlamanı Moskva sakini olan İrina Lapina adlı qadın Çikaqo sakini Tom Bubana göndərirmiş. Belə bir insanın həqiqətən orada yaşadığı öyrənilib. İş adamı olan Bubanın əvvəllər öz tikinti şirkəti olub və o, eyni zamanda böyük bank şirkəti olan “Capital One”da analitik kimi işləyib. Hazırda kəllənin həqiqətən ona göndərilib-göndərilmədiyi araşdırılır.

Dəhşətli paket Rusiya polisi tərəfindən araşdırılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi