Adnan Oktarın həbs olunduğu günə qədər illərdir kirayədə yaşadığı “kosmik malikanə” rusiyalı milyarder Boris Borisenko tərəfindən satın alınıb.
Milyarder Türkiyədə Vaniköy silsiləsində yerləşən malikanə üçün 26 milyon dollar ödəyib.
Adnan Oktarın illərdir İstanbul Vaniköydəki yaşadığı malikanə ötən il məşhur rusiyalı milyarder Roman Abramoviçə satılmışdı. Lakin alıcının Abramoviç olmadığı ortaya çıxıb.
Məlum olub ki, 10 hektarlıq ərazidə yerləşən iki villanı İngiltərədə yerləşən “Pure Fueloil” şirkətinin sahibi Boris Borisenko 26 milyon dollara alıb.
Bu villalar ağacların arxasında olduğu üçün sahil yolundan və qonşu binalardan baxıldıqda görünmür və boğaza mənzərəsi var.
Bu evlər Adnan Oktarın kirayədə qalması, qapıda silahlı mühafizəçilərin növbə çəkməsi, gəlib-gedən lüks avtomobillər səbəbindən bölgədə “kosmik malikanə” kimi tanınır.