Abşeronda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb (Video izlə)

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbə sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb. Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı polis bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Related posts

Sel nəticəsində köməksiz qalan vətəndaşların təxliyə görüntüləri – VİDEO

Qadın sürücü azyaşlı uşaqları ölümlə üz-üzə qoydu: ANBAAN GÖRÜNTÜLƏR – VİDEO

Bakıda ağacları sulamaq istədilr, küçəni gölə çevirdilər – VİDEO