ABŞ yenə də hərbçilərini İraq sərhədinə yönləndirir

Vaşinqtonun şübhəli yerdəyişmələri çərçivəsində yenə hərbçiləri Əl Tənəf Suriya sərhədindən İraqın Əl Qaim keçidinə tərəf hərəkət edir.

Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ hərbçiləri, muzdurları və onlara bağlı olan “Suriyanın tayfa şurası” qüvvələri hərbi təchizatlarla İraq sərhədinə doğru hərəkət edirlər.

Məlumata görə dron və helikopterlərlə birlikdə əksər hərbi təchizat bu istiqamətə yönəlib. Proqnozlara görə Ərbəin yürüşündən sonra Suriya sərhədinin tamamilə bağlanması üçündür.

Son zamanlar Amerikanın Suriya ərazisində şübhəli rəftarları, neft oğurlanma faktları, İraq sərhəd bölgəsində istila iddiaları hansısa yeni bir terrorçu qruplaşmanın formalaşması və yaxud İŞİd-ın bir daha səhnəyə qayıtma ehtimalından xəbər verir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib