ABŞ Yəmənin Məarib və Əl-Cəvf əyalətlərinə hava zərbələri endirib

ABŞ Yəmənin Məarib və Əl-Cəvf əyalətlərinə hava zərbələri endirib

ABŞ döyüş təyyarələri Yəmənin Məarib və Əl-Cəvf əyalətlərindəki əraziləri bombalayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yəmən KİV-ləri bu gün (15 aprel) Amerika qırıcıları Əl-Cəvf əyalətinin Həzm rayonunda Əl-Cuhf və Əl-Qadeer iki bölgəsini üç dəfə hədəfə aldığından xəbər verib.

Məlumata görə, ABŞ döyüş təyyarələri iki dəfə Məarib vilayətinin Əl-Abdiyə rayonunu bombalayıb.

Bu hücumlar nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

ABŞ sionist rejimə dəstək və Yəmənin rejimə qarşı tətbiq etdiyi dəniz blokadasını yarmaq cəhdi ilə indiyədək onlarla şəhid və yaralı yəmənli mülki vətəndaşlara qarşı hücumlar həyata keçirir. Bu hücumlara baxmayaraq, Yəmən silahlı qüvvələri Qəzzə zolağında müqavimətə və Fələstin xalqına dəstək verməkdə davam edir və unikal əməliyyatlar həyata keçirməklə işğal olunmuş əraziləri, sionist rejimə bağlı gəmiləri, hətta Qırmızı dəniz və Hind okeanında Amerika gəmilərini hədəfə alır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib