ABŞ və sionist rejim nazirləri görüşdü

Amerika və sionist rejim müharibə nazirləri Brüsseldə Nato sammiti çərçivəsində görüşüblər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Lloyd Ostin  dünən (15 iyun) Nato sammiti çərçivəsində İsrail müharibə naziri Yuav Qlantla görüşərək İran məsələsini müzakirə ediblər.

Məlumata görə Yuav Galant Belçikaya səfərindən əvvəl Ostinlə görüşəcəyini ümidvar olduğunu demişdi.

Qərbi Asiya regionunda nüvə silahı olan sionist rejim İranın nüvə silahına sahib olduğunu iddia edir və rəsmi Tehran isə bu ittihamları qəbul etmir və faktiki olaraq təkzib edir.

Yerusalim Post yazır: Galant Ostinlə görüşündə ona İranın Livan, Qəzzə və İordan çayının qərb sahilindəki qüvvələri ilə İsrailə hücum planı qurduğunu da deyib.

ABŞ mənbələrinin məlumatına görə Amerika və İsrail rəsmiləri İran əleyhinə təhdidlərinin artırılmasında ittifaqlarının möhkəmləndirilməsi, hava müdafiə sistemləri mübadiləsində əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıblar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib