ABŞ və İraq Suriyada İŞİD-ın yenidən canlanmasının qarşısını almaq istəyir

ABŞ və İraq Suriyada İŞİD-ın yenidən canlanmasının qarşısını almaq istəyir

ABŞ dövlət katibi İraqın baş naziri ilə görüşündən sonra Suriyada Bəşar Əsədin süqutundan qaynaqlanan İŞİD-ın yenidən canlanmasının qarşısını almaq istədiklərini vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Antoni Blinken bu gün (13 dekabr) Bağdadda ölkəsinin səfirliyində iddia edib: İŞİD-ın uzun illər öncə yaratdığı xilafətinin məhv edilməsində ABŞ və İraqın nailiyyətlərindən sonra bir daha geri dönməsinə icazə verməyəcəyik.

ABŞ dövlət katibi Entoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudanidən İranın Suriyaya silah tədarükünün qarşısını almasını da istəyib.

Blinken vurğulayıb ki, Suriya həssas vəziyyətdədir. Bu səbəbdən Vaşinqton İraqdan İranın dəstəklədiyi qruplar tərəfindən istifadə oluna biləcək və ya ölkədə sabitliyi daha da poza biləcək silahların Suriyaya daxil olmasının qarşısını almasını istəyir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib