ABŞ və İngiltərə yenə Yəmən torpaqlarına hücum etdi

İnformasiya qaynaqları Amerika və İngiltərənin yenə Yəmən torpaqlarına hücumundan xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Amerika və İngiltərə qırıcıları bu gün (27 mart) Yəmənin Səədə əyalətinin şimalında yerləşən Baqim şəhərinin Əl Qətinat  bölgəsini bombalayıblar.

Bu məlumata görə, Amerika və İngiltərə Yəmənin fələstinlilərə xatir Qırmızı dənizdəki hərbi əməliyyatlarına cavab olaraq sionist rejimə dəstək məqsədilə bu ölkənin torpaqlarına intensiv hücumlar həyata keçirir.

Yəmən silahlı qüvvələri bir neçə aydır Qırmızı dənizdə sionist rejimin Qəzzə cinayətlərinə reaksiya və Fələstin xalqına dəstək məqsədilə İsrail gəmiləri və sionist rejim məqsədli gəmilərə məhdudiyyət təyin edib və hərbi əməliyyatlar keçirir. Təqribən hər gün də bəyanat yayaraq sionist rejimin Qəzzə müharibəsinə son qoymayana qədər bu əməliyyatları davam etdirəcəyini vurğulayır.

Digər tərəfdən, Livan Hizbullahı da Fələstin xalqına dəstək məqsədi ilə sionist rejim mövqelərini hədəfə alır.

Başqa bir yandan isə İraq İslami Müqaviməti Qəzzə xalqına dəstək məqsədi ilə İsrail rejiminin və ona tammənalı dəstək olan ABŞ hərbçilərinin mövqelərinə dron və raket hücumları həyata keçir

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir