ABŞ və İngiltərə yenə Yəmənə zərbə vurdu

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya silahlı qüvvələri Yəməndə husi qüvvələrinin mövqelərinə zərbələr endirib.

Fars İnformasiya Agentliyinin husilərə məxsus Əl Məsirə telekanalına istinadən verdiyi məlumata görə Əl Hədidə limanı ətrafında yerləşən Əl Həbanə məntəqəsi hücuma məruz qalıb.

Məlumatda deyilir: Bu gün (1 fevral) ABŞ və İngiltərə qüvvələri Yəmənə zərbə endirdi. Bir neçə yerdə partlayış səsləri eşidildi.

Əl Məyadin kanalının məlumatında təcavüzkar qırıcı təyyarələrinn Əl Hədidə limanı səmasında uçuşduğunu da elan edib.

CBS kanalı bu hücumda Qırmızı dənizdə əməliyyata hazırlaşan 10 pilotsuz aparatın hədəfə alındığını iddia edib.

Yerli qaynaqlar bu gün ABŞ gəmidaşıyanlarından 15 dəfə F-18 qırııcılarının Yəmənə hücumlarından xəbər veriblər.

Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Related posts

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib

BMT elçisi Colani ilə görüşdü