ABŞ və İngiltərə yenə Yəmənə zərbə endirdi

İngiltərə mediaları ABŞ-la birlikdə Yəmən yeni zərbə endirdiyindən xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (3 fevral) Amerika və İngiltərə qüvvələri Yəmənin qərb bölgəsi olan Əl Hədidə vilayətinə aviazərbələr endirib.

Sputnik Agentliyi İngiltərə və Amerika qüvvələrinin Əl Hədidəni bombardman etdiyini elan edib.

ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumatda bu gün Yəməndə 4 PUA da vurulub. Eyni zamanda Qırmızı dəniz və Ədən körfəzində 7 dron da vurulduğu iddia edilib və zərbələrin USS Carney və USS Laboon aviadaşıyıcılardan və F/A-18 təyyarələrindən endirildiyi də elan edilib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib