Pentaqon tükənmiş uran mərmilərininin daxil olduğu yeni hərbi paketini Ukraynaya göndərəcəyi xəbərini təsdiqləyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu hərbi paketin 175 milyon dollar məbləğundə olduğu deyilir. Amma digər media vasitələri məbləğun 240-375 milyon dollar olacağını proqnozlaşdırıblar.
Reutersin verdiyi xəbərə görə “Rusiya tanklarına qarşı çox təsirli” uran mərmiləri “Abrams” tankları üçün istifadə edilə bilər.
Qeyd edək ki, ABŞ tükənmiş uran mərmilərini Ukraynaya göndərməklə Rusiyanın kəskin reaksiyasına səbəb olacağını yaxşı bilir. Çünki bundan əvvəl Böyük Britaniya Ukraynaya tükənmiş uran tərkibli döyüş sursatları göndərdiyində Rusiya reaksiya olaraq Belarusiyada taktiki nüvə silahlarını yerləşdirmişdi.
Xatırladaq ki, tükənmiş uran təbii olaraq meydana gələn urandır və radioaktiv materialın hamısı deyil, bir hissəsi çıxarılmışdır. Bu, atom elektrik stansiyalarında və nüvə silahlarında istifadə üçün zəruri olan uranın zənginləşdirilməsi prosesində əldə edilən tullantılardır.
Uran çox maraqlı kimyəvi elementdir. Uranın kiçik bir hissəsi havada alovlana bilər, kəskin mexaniki təsirlə uran hissəcikləri parlayır. 20-ci əsrin birinci yarısında uranın təbiətdə nadir olduğuna inanılırdı, amma əslində belə deyil. 25 sm dərinliyə qədər olan torpaqda yataq sahəsinin hər kvadrat kilometrində bir tona qədər uran ola bilər.
Uranın on dörd izotopu var, onlardan üçü təbiətdə tapıla bilər. Radioaktiv materialların əsas xarakteristikası yarımparçalanma müddətidir, uranın müxtəlif izotopları fərqli xüsusiyyətlərə malikdir. Uranın ən çox yayılmış izotopları U-238 və U-235-dir. Birincisi təbii uranda çox boldur (99%-dən çox), ikincisi olduqca nadirdir (1%-dən az). Zənginləşdirilmiş uran, bu iki izotopun nisbətinin dəyişdiyi, yəni U-235-in miqdarının artdığı uran adlanır.