ABŞ-Ukrayna münasibətləri pozulur?!

Amerikanın “Politico” qəzeti ABŞ-ın Ukrayna ilə münasibətlərində uçurum yarandığından xəbər verib.

Əl-Aləmin məlumatına əsasən, Ukraynanın Baxmot şəhəri münadifəsi, Krım məsələsi və qaz tranziti mövzusunda dərin uçurum yaranıb.

“Politico”nun yazdığı məlumatda deyilir: Bu problemlər məhz elə ABŞ prezidenti Co Baydenin Zelenskini dəstəyi nümayiş etdirən 20 fevralda Kiyevə qəfil səfərindən sonra yaranıb.

ABŞ ekspertləri Vaşinqton Baxmat şəhərinin müdafiəsində həddən artıq hərbi sursat istifadə edildiyi qənaətindədirlər. onlara görə, bu müdafiə sırf simvolik bir hadisədir və bu qədər sursatın istifadəsinə ehtiyac yox idi.

Politico həmçinin qeyd edib: Baxmatinin müdafiəsində ağır itkilər potensiallar nəzərə alınmadığı üçün zəifləmə prosesi müşahidə olunmaqdadır.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Türkiyə İsraillə məxfi danışıqlar aparır