ABŞ-Tel Əviv yenə isti münasibətə keçdi

ABŞ və İsrail nazirlərinin Nato çərçivəsində görüşündən sonra Vaşinqton Dövlət Departamentinin rəsmisi Tel Əvivə getmək qərarına gəlib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İran əleyhinə müzakirələrin davamında ABŞ Yaxın Şərq işləri üzrə dövlət departamentinin müavininin Tel Əvivə  səfər edəcəyi deyilir.

Məlumatda deyilir: Antoni Blinkenin Tel Əvivə səfərinin ləğvindən sonra onun müavini Barbara Leaf işğal olunmuş Fələstinə səfərində sionist, Fələstin Özünüidarə Təşkilatı və İordaniya rəsmiləri ilə görüşəcək.

Deyilənlərə görə bu səfər iyunun 17-dən başlayıb və 27-nə qədər davam edəcək.

ABŞ Dövlət Departamentinin verdiyi xəbərə görə bu səfərdə “işğal olunmuş Fələstində sionist rejimin ali rütbəli siyasi və hərbi rəsmiləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi, dərinləşməsi, İsrailin Orta Şərqdəki mövqeyinin gücləndirilməsi və xüsusilə də İran xarici siyasətinin məhdudlaşdırılması” məsələləri müzakirə olunacaq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib