ABŞ təyyarəsinin İran su sərhədlərində qarşısı alındı

ABŞ Silahlı Qüvvələrinə məxsus ER-3E kəşfiyyat təyyarəsinin İranın hava sərhədləri yaxınlığında uçmasından sonra ölkə Hərbi Dəniz Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib və təyyarənin ekipajına isə xəbərdarlıq göndərilib.

Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunan kəşfiyyat təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən istehsalıdır. Bu təyyarə elektron qəbuledicilər və siqnal toplayıcı xarakterə malikdir və kəşfiyyat məqsədi ilə istifadə olunur.

Bəzi qaynaqların məlumatına görə hadisə Oman körfəzi üzərində səmada baş verib. Nəticədə İran Hərbi Dəniz Qüvvələri Amerika təyyarəsinin sonrakı yolunu kəsib, onun ekipajı İran tərəfinin xəbərdarlığına qulaq asaraq beynəlxalq hava məkanına qayıdıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında İran Müdafiə Nazirliyi İran ordusunun hava hücumundan müdafiə sisteminin inkişafındakı uğurları və xüsusilə 400 km-ə qədər məsafədə düşmənin kəşfiyyat təyyarəsinə qarşı elektron döyüşün tətbiqi barədə məlumat yayımlamışdı.

Related posts

Həcci əvəz edən əməl yoxdur

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Yalnız Allahın razılığı!