7 oktyabr Əl Əqsa Tufanı əməliyyatından sonra ABŞ ali təhsill ocaqlarında təhsil alan tələbələr QƏzzə müharibəsində soyqırımına son qoyulması üçün etiraz aksiyaları keçirirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ötən həftə Amerikanın müxtəlif ali təhsil mərkəzlərində keçirilən etiraz aksiyalarında yüzlərlə tələbə həbs edilib. Belə ki, sadəcə dünən (22 aprel) Kentiket ştatında 45 tələbə həbsə məhkum olub.
Kentiket ştat polisinin məlumatına görə dünənki etiraz aksiyasında 200-ə yaxın tələbə universitetə gedən yolu bağlayıb.
Kolumbiya Universiteti tələbə etirazlarının qarşısını almaq üçün bəzi günlərdə tətil elan etmək qərarına gəlib.
Boston Universiteti, Masaçust texnologiya İnstitutu və Emerson Kolleci tələbələri də Qəzzədə soyqırımına son şüarları ilə aksiyalara qoşulublar. Nəticədə ali təhsil müəssisələri dərslərin distans keçirmək qərarına gəlib.
1 şərh
q5dwyd