Amerikalı senator Ben Kardin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı fikir bildirirərək deyib ki, Qarabağda hərbi əməliyyatlarla əlaqədar rəsmi Bakıya verilən hərbi yardım dayandırılmalıdır.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ben Kardin Azərbaycanın Qarabağda mülki ermənilərə qarşı rəftarı və onların təhlükəsizliyinin təmini bəhanəsilə Vaşinqtonun Bakıya hərbi yardımlarının dayandırılmasını istəyib.
Demokratların nümayəndəsi olan Ben Kardin dünən axşam (4 oktyabr) bir bəyanat yayaraq deyib ki, Amerika ötən ay Qarabağın kontrolunu tamamilə ələ alan Azərbaycana daha hərbi yardım etməsin.
Bəyanatda həmçinin deyilir: Azərbaycan Qarabağda irqi təmizləmə işləri ilə məşğuldur və bizim də vəzifəmiz ermənilərə dəstək çıxmaqdır.
Xatırladaq ki, elə sentyabrın 15-də Ben Kardin “Ermənistanla Rusiya arasında münasibətlərin geriləməsi fonunda bizim buna nail olmaq imkanımız var. Bu, mübahisəli ərazidə problemləri həll edərkən dəyərlərimizə sadiq olub-olmamağımız önəmlidir. Birləşmiş Ştatlar humanitar yardıma görə dəhliz açmaq üçün addımlar atmalıdır. Bununla belə, ilk növbədə nə istədiyimizi başa düşməliyik. Azərbaycan bizim üçün vacib ölkədir, lakin prezident Baydenin dediyi kimi, biz öz dəyərlərimizi rəhbər tutmalıyıq. Amerika həm Ermənistan, həm də Azərbaycanla strateji əlaqələri inkişaf etdirməlidir” – demişdi.