ABŞ senatoru İsrailə silah satışı barədə xəbərdarlıq edib

Amerikalı senator Qəzzənin cənub bölgəsi olan Rəfəhə hücum edilərsə, sionist rejimə silah satışının dayandırılacağı barədə xəbərdarlıq edib.

Əl Aləm telekanalının Politico-ya istinadən verdiyi  məlumatına əsasən, senator Kris Van Hollen sionist rejimin Rəfəhə genişmiqyaslı hücumları həyata keçdiyi təqdirdə İsrailə silah satışının dayandırılması barədə dosyenin masa üzərinə qoyulacağını deyib.

Digər tərəfdənsə sionist rejim mediaları Co Bayden dövlətinin Rəfəhə hücum edilərsə, İsrailin silah təminini dayandırması barədə xəbərlər yayımlayır.

Bundan əvvəl Politico 4 ABŞ rəsmisinə istinadən Rəfəhə hücum məsələsinə görə silah yardımı mövzusunun təxirə salınacağı barədə məlumat vermişdi.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib