Senatın resbublikaçı üzvləri prezidnet Baydenin İranla 6 milyardlıq dondurulmuş resursların qaytarılması ilə əlaqədar razılaşmanın bir növ bac olduğunu deyirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, ötən cümə günü nümayəndələr palatasının respublikaçı üzvləri 5 amerikalı məhbus qarşılığında 6 milyard dolların azad olunmasından narahat olduqlarını və bu qərarın bir növ bac və təslim xarakteri daşıdığını vurğulayıblar.
Senatorlar Tim Skat, Marşa Blakberi və Linsi Graham 20 senatorun imzaladığı etiraz məktubunun prezidentə çatdırılması məsuliyyətini öz üzərilərinə götürüb, məsələni aydınlaşdırmaq üçün dövlət katibi Antoni Blinkenlə əsaslandırma iclası tələb ediblər.