Laçın dəhlizinin bağlanması ilə ABŞ senatorları Ağ evdən rəsmi Bakıya təzyiqlərin artırılması tələbi ilə müraciət edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ötən gün (11 iyun) senator Aleks Padila və Marko Robio ABŞ dövlətinə Laçın dəhlizinin tezliklə açılması haqda təzyiqlərin artırılması barədə qanun layihəsi təqdim ediblər.
Bu iki senator Laçın dəhlizinin bağlanması ilə 100 min erməninin ilkin ehtiyaclarının təmin olunmaması, acınacaqlı vəziyyətdə yaşadıqlarını deyiblər.
Sentor Padila sosial media hesabında yazıb: Bu səbəbləri nəzərə alaraq iki hissəli layihə təqdim edərək dəhlizin bağlanmasının pislənməsini və bu xüsusda dövlət təzyiqlərinin şiddətlənməsini istədim.
Bir müddət öncə də baş nazir N.Paşinyan Rusiya prezidenti V.Putinlə Soçi danışıqlarında Laçın dəhlizinin bağlanmasının Qarabağda erməniləri pis vəziyyətə saldığı barədə nigarançılığını demişdi.
Senator Robio isə media mesajında yazıb: Aleks Padila ilə birlikdə yazdığımız qanun layihəsi ilə fəxr edirəm. Çünki ABŞ dövlətinin bu humanitar layihəni təsdiqləməsi zəruridir.