ABŞ səfirliyi Ayətullah Sistaniyə olan hörmətsizliyə bəraət qazandırdı

ABŞ səfirliyi Ayətullah Sistaniyə olan hörmətsizliyə bəraət qazandırdı

ABŞ-ın Bağdad səfirliyi Vaşinqtonun hərtərəfli dəstəkləri sayəsində sionist rejim medialarının Ayətullah Sistaniyə qarşı hörmətsizliyə bəraət qazandırmağa çalışıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrailin 14-cü kanalının videosüjet yayaraq təqlid mərcəyi Ayətullah Sistaninin də öldürülməsinə çağırışı və müsəlmanların kəskin etirazından sonra Amerikanın Bağdad səfirliyi açıqlama verərək bu hörmətsizliyi ört-basdır etməyə çalışıb.

ABŞ səfirliyi bəyanat yayaraq deyib: Amerika İraqın təqlid mərcəyinə qarşı hər hansı bir hörmətsizliyi qəbul etmir.

İraq rəsmi medialarının verdiyi xəbərə görə ABŞ səfirliyi bəyanatda əlavə edib: Ayətullah Sistani görkəmli bir şəxsiyyət kimi cəmiyyətdə böyük ehtirama sahibdir. ABŞ da cənab Sistanini regionda sülh bərqərar edilməsində böyük rolu olan bir şəxsiyyət olduğunu deyir.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib