ABŞ Rusiyanın adasını ələ keçirmək istəyir? – FOTO

Amerika Birləşmiş Ştatları demək olar bir əsrdir Moskvanın nəzarətində olan və Rusiyanın hərbi bazalar qurmaq istədiyi ucqar adaya iddia edir. 

Bu barədə ABŞ-nin Arktika üzrə keçmiş komissarı Tomas Emmanuel Dans bildirib.

Vranqel adası Rusiyanın uzaq şərqində Şimal Buzlu okeanda, Alyaskadakı Lisburn burnundan təxminən 450 km şimal-qərbdə, Çukotka və Şərqi Sibir dənizləri arasında yerləşir.

Oktyabr ayında ABŞ Hərbi Hava Qüvvələri Alyaska sərhədləri yaxınlığında Rusiya bombardmançı təyyarələrini qeydə alıb. Bu isə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Moskva və Vaşinqton arasında gərginliyin artdığı bir vaxtda xüsusilə adanın strateji əhəmiyyətini gündəmə gətirib.

Tomas Emmanuel Dans bildirib ki, Moskvanın Çukotka muxtar bölgəsinin bir hissəsi hesab etdiyi adaya Rusiyanın iddiaları heç vaxt rəsmi şəkildə tanınmayıb.

“Ancaq Ukraynaya müdaxilə baş verdi və bu, suverenlik və ərazi bütövlüyü məsələsini ön plana çıxardı”, – deyə Dans qeyd edib.

1881-ci ildə ABŞ Gəlirlər Xidmətinin kapitanı Kelvin Huper öz ekipajı ilə Vranqel adasına çıxıb və orada ABŞ bayrağını qaldırıb. Huper Alyaskanın de-fakto qubernatoru olub.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)