ABŞ raketləri sadə dronları vurmaq üçün istifadə olunur. Onlar ultrasəs raketlərə qarşı təsirsizdirlər.

Rai Alyoumun yazdığına görə, rusiyalı yazıçı və analitik Olqa Fyodorova Rusiyanın “Moskovski Komsomolets” qəzetində Amerikanın hava hücumundan müdafiəsinin heyrətamiz xərcləri, onun texnoloji cəhətdən geriliyi və bu raketlərin azalmasıı haqqında məqalə dərc edib:
Sionist rejim və Ukraynaya yardımlar səbəbindən ABŞ-ın bəzi hava hücumundan müdafiə raketlərinin ehtiyatı tükənib.
The Wall Street Journal da bu həqiqəti etiraf etdi; Bəzi Pentaqon rəsmiləri və analitikləri də ABŞ müdafiə raketlərinin istehlakının sürətindən narahat olduqlarını bildiriblər;
Onlar bu raketlərin istehlak dərəcəsinin raket anbarlarının yüklənmə sürətindən çox olmasından qorxurlar.

Bununla bağlı Müasir Cəmiyyət Araşdırmaları Mərkəzinin (Rusiya) Siyasi və İqtisadi Araşdırmalar direktoru Vasili Koltaşov deyib:

Bu raketlər sadə dronları vurmaq üçün istifadə olunur.
Lakin onlar ultrasəs silahlarına qarşı təsirsizdirlər və bu raketlərin istehlak dərəcəsi çox yüksəkdir.
Yeni müharibələrdə hər gün yüzlərlə bu raketə ehtiyac duyulur.
Onların yarısı hədəfi qətiyyən vurmur və səhvə yol verir və bu problemin yaxın gələcəkdə həll olunacağı ehtimalı az görünür.

Bəs Amerika nə etməlidir?
Onun edə biləcəyi yeganə şey həqiqətə məhəl qoymamaqdır.
Daha sadə dillə desək, o, ancaq deyə bilər: “Bizim raketimiz yoxdur”.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya

1 şərh

Ümraniye torbasız süpürge tamiri Noyabr 2, 2024 - 8:12 axşam

Ümraniye torbasız süpürge tamiri Süpürgemin motoru değişti, yeni gibi oldu. http://blog.bestdotnettraining.com/question/elektrikli-supurge-tamiri/

Add Comment