ABŞ rəsmiləri işğal olunmuş Fələstində, yenə gündəmdə İran və region ölkələri

ABŞ müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə müavini işğal olunmuş Fələstinə səfəri zamanı sionist rejimin rəsmiləri ilə İran və region məsələlərini müzakirə edib.
Əl Aləm telekanalının məlumatına əsasən, ABŞ Müdafiə Nazirinin Kəşfiyyat və Təhlükəsizlik Məsələləri üzrə müavini Ronald Moultrie Pentaqonun yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinin başçılığı ilə işğal olunmuş Fələstinə səfər ediblər.
ABŞ Müdafiə Nazirliyi dünən (4 avqust) bəyanat yayaraq Moultrienin işğal altındakı Fələstinə səfəri barədə məlumat verib.
Pentaqonun bəyanatına əsasən,  4 gün davam edən bu səfərdə Amerika nümayəndə heyəti sionist rejimin müharibə nazirliyinin rəsmiləri ilə görüşüb.
Tərəflər Hizbullah və regiona təhlükə yaradan İran, Vaşinqton-Tel Əviv hərbi-təhlükəsizlik əlaqələri və digər mövzuları müzakirə ediblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib