ABŞ düşməninə güc göstərmək istədi, biabır oldu (Video izlə) 

Koreya Respublikasında (Cənubi Kor.) ABŞ-ın F-16 qırıcısı qəzaya uğrayıb.

ABŞ təyyarələri müntəzəm olaraq KXDR (Şimali Kor.) qarşısında hava məkanına hakim olduğunu göstərmək üçün bu ölkənin sərhədyanı ərazilərində uçuşlar edir. Lakin bu dəfə ABŞ-ın güc nümayişi fiaskoya uğrayıb.

Belə ki,təyyarə Osan aviabazasının yaxınlığındakı əkin sahəsinə düşüb. Pilot katapult edərək sağ qurtula bilib və xəstəxanaya aparılıb.

İnsident nəticəsində mülki şəxslər xəsarət almayıblar. Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

Qeyd edək ki, Osan aviabazası KXDR (Şimali Koreya) ilə sərhəddən 64 km aralıdadır. Burada Birləşmiş Ştatların Hərbi Kosmik Qüvvələrinin bölməsi yerləşir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi